AZ

“Niyaməddin Musayev gecə klublarında oxuyur” deyən Cəmiləyə sənətkardan sərt CAVAB: “Ayıbdır, şəxsiyyətimi qoruyan insanam” - FOTO+ÖZƏL

“Elit star Cəmilə xanım deyib ki, guya mən gecə klublarında oxuyuram, səhnə alıram. Bu tamam yalnış bir fikirdir. Bəlkə də o fikrini izah edə bilməyib. Belə şey ola bilməz! Ayıbdır! Məni sadəcə restoranlara səhnə almaq üçün dəvət edirlər, gecə klublarına yox. Şou proqramda ifa edirəm. Mənim adımı afişaya yazırlar ki, hamı gəlsin. Elə-belə boş yerə çağırmırlar ki... Onlar reklam edirlər, pul qazanırlar. İnsanlar gəlib əylənir, ad günləri və müxtəlif tədbirlər qeyd edirlər. 800-1000 nəfər olan yerlərə məni dəvət edirlər. Bunun nəyi pisdir ki?”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.
O daha sonra şou proqramlardan aldığı qonorardan danışıb:
 
“Deməzdim ki, az qonorar alıram. Yaxşıdır, məni qane edir. Digərləri aşağı qiymətə gedir, mən adıma, sənətimə layiq qiymətə gedirəm. Şəxsiyyətimi, nüfuzumu qoruyan bir insanam. Məni bölgələrə də dəvət edirlər. Camaat məni görmək üçün uzun məsafələr qət edir. Hər zaman gündəmdəyəm. Proqramımda həm müasir, həm də milli ruhu təmsil edən mahnılar var. Belə olmalıdır ki, hər kəsə maraqlı gəlsin. Monoton oxumaqla heç kim sənin üçün gəlməz. Tamaşaçılar da bilir ki, kimin proqramı nədir? Yoxsa gəlməzlər. Tamaşaçılar mahnılarımı mənimlə birgə oxuyurlar”, - deyə sənətkar bildirib.
 
Qeyd edək ki, Elit star Cəmilə “Öz aramızda” verilişində xalq artisti Niyaməddin Musayevin gecə klublarında ifa etdiyini bildirib.
Seçilən
85
3
moderator.az

10Mənbələr