AZ

WUF13-ün Milli Koordinatoru Cenevrədə

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ünMilli Koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətiCenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Parçalanmalar vətransformasiya dövründə multilateralizmin yenidənformalaşdırılması” mövzusuna həsr olunmuş XXXV Yüksək SəviyyəliToplantısında iştirak edir.

Komitədən Trend-ə verilən məlumata görə toplantı yanvarın 16-daöz işinə başlayıb.

Toplantıda #WUF13-ün Milli Koordinatoru Anar Quliyevmultilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi –iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlıinkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektivyanaşma olduğunu bildirib. O, bu kontekstdə #şəhər və yaşayışməskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsasməkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.

O, qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsindəyerləşən #Azərbaycan #şəhərlər'i və infrastrukturu regionları vəcəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. #Qarabağ və#ŞərqiZəngəzur’da həyata keçirilən genişmiqyaslı bərpa vəinteqrasiya olunmuş #şəhərsalma layihələrindən danışan Anar Quliyevbu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm dəuzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə verməkməqsədi daşıdığını bildirib.

Sonda Komitə sədri həmkarlarını 17-22 may 2026-cı iltarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdüna Şəhərsalma Forumundaiştirak etməyə dəvət edib.

WUF13-ün
WUF13-ün
WUF13-ün
Seçilən
159
3
az.trend.az

5Mənbələr