AZ

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib

İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.

Missiya.Az-ın "Report"a istinadən məlumatına görə, tədbir Hərbi Memorial Məzarlıqda baş tutub.

Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. O, bu gün Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacaq.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Vəfatından sonra onun cənazəsi Azərbaycana gətirilib.

Seçilən
175
7
missiya.az

10Mənbələr