AZ

74 kiloqram narkotik vasitə aşkar edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 15-də ümumi çəkisi 74,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 21 kiloqrama yaxın heroin və 53,5 kiloqramdan çox marixuana, həmçinin 152 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
123
3
cebheinfo.az

4Mənbələr