AZ

Qazaxıstan ötən il Bakı Tbilisi Ceyhan boru kəməri ilə nə qədər neft nəql edib?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qazaxıstan 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1.3 milyon ton neft tədarük edib".

Oxu.Az xəbər verir ki, bu barədə "KazMunayGas" neft-qaz şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

"Aktau limanından Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tədarükü ümumilikdə 1.3 milyon ton təşkil edib. 2026-cı il üçün gözlənilən həcm 1.6 milyon tona qədərdir", - deyə xəbərdə bildirilib.

Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə isə Bakı-Tbilisi-Ceyhan marşrutu ilə təxminən 1.4 milyon ton Qazaxıstan nefti nəql edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
160
oxu.az

1Mənbələr