AZ

Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z. Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
65
5
azertag.az

8Mənbələr