AZ

Real Madrid yarım milyard avroluq transferə hazırlaşır ƏTRAFLI

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniya nəhəngi "Real Madrid" 500 milyon avroluq transfer reallaşdıra bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Germany" yayıb.

Məlumata görə, "kral klubu" yay transfer dönəmində İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Erlinq Holandı heyətinə qatmaq niyyətindədir. Mənbə "Real"ın prezidenti Florentino Peres 25 yaşlı norveçlinin transferində şəxsən maraqlı olduğunu vurğulayıb. Bu keçidin bonuslar və oyunçunun maaşı da daxil olmaqla, ispanlara 500 milyon avroya başa gələcəyi diqqətə çatdırılıb.

Holandın "şəhərlilər"lə hazırkı müqaviləsinin müddəti 2034-cü ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı "9 nömrə"nin transfer qiymətini 200 milyon avro ilə dəyərləndirir.

Holand cari mövsüm bütün turnirlərdə 29 matça çıxaraq 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
131
13
fanat.az

10Mənbələr