AZ

İran etirazçıların cəsədlərini pul müqabilində təhvil verir - İDDİA

İranda etiraz aksiyalarında həlak olanların ailələri təhlükəsizlik qüvvələrinin mərhumların cəsədlərini geri almaq üçün böyük məbləğ tələb etdiyini iddia edir.

Missiya.Az xəbər verir ki, Rəştdə bir ailəyə yaxınlarının dəfni üçün təxminən 5000 dollar, Tehranda isə 7000 dollar ödəniş tələb olunub. Ödəniş edə bilməyən ailələr cəsədləri morqda saxlamaq məcburiyyətində qalıblar.

"BBC" Farsın məlumatına görə, bəzi morq rəsmiləri ailələrə uşaqlarının Bəsic milis üzvü olduğunu və etirazçılar tərəfindən öldürüldüyünü elan etsələr, cəsədləri pulsuz verəcəklərini bildiriblər. Lakin ailələrin bir qismi şərti rədd edib.

Bəzi bölgələrdə isə izdiham morqlara basqın edərək cəsədləri özləri çıxarıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
64
missiya.az

1Mənbələr