AZ

Aygül Səfərli yeni vəzifəyə təyin edildi-Fond sədrindən əmr

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Filialında (Masallı, Yardımlı, Cəlilabad) kadr dəyişikliyi baş verib. Ramal Kamal oğlu Quliyev 2 saylı Regional Filialın direktoru vəzifəsinə təyin edilib.

Editor.az özəl mənbələrə istinadən xəbər verir ki, regional filialın əvvəlki direktoru Aygül Rahib qızı Səfərli isə daha yüksək posta təyinat alıb. O, Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialının Ümumi işlər üzrə departamentinin müdiri vəzifəsinə gətirilib.

//Editor.az

Seçilən
175
editor.az

1Mənbələr