AZ

Almaniyada “nüvə qalxanı” barədə müzakirələr qızışır

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Almaniyanın “Handelsblatt” nəşrinin məlumatına görə, davam edən Rusiya-Ukrayna müharibəsi və Trampın Rusiyaya qarşı “əlverişli mövqeyi” müzakirələrə əlavə impuls verir. “Avropada genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə Amerikanın “nüvə qalxanı”nına tam etibar oluna biləcəyinə dair şübhələr artır. Bununla belə, Almaniyanın hakim koalisiyasını təşkil edən partiyalar - Xristian Demokratlar İttifaqı və Sosial-Demokratlar arasında nüvə silahı sahəsində Avropanın necə müstəqil olması barədə fikir ixtilafı var”, - nəşr yazır. Sosial-Demokratlar partiyasından (SPD) Bundestaqın üzvü Ralf Ştegnerin fikrincə, ABŞ-nin “xaotik” siyasətindən və silahlara nəzarət müqavilələrinin müddətinin başa çatmasından “nüvə silahlarının artırılması üçün bəhanə kimi istifadə olunmamalıdır”. - Hətta Almaniyanın Avropanın “nüvə qalxanı” layihəsində dolayı iştirakı - istər öz ərazisində silah yerləşdirməklə, istərsə də onu maliyyələşdirməklə - Nüvə Silahlarının Yayılmaması Sazişini, eləcə də ölkənin birləşməsi kontekstində imzalanmış “2+4” müqaviləsini pozur”, - deputat vurğulayıb. Xatırladaq ki, “2+4” müaqaviləsi 1990-cı il sentyabrın 12-də Moskvada ovaxtkı Almaniya Federativ Respublikası və Almaniya Dempkratik Resbublikasının Xarici İşlər nazirləri, habelə ABŞ, SSRİ, Böyük Britaniya və Fransanın dövlət başçıları tərəfindən imzalanıb. Almaniyanın birləşməsinə imkan verən bu saziş İkinci Dünya müharibəsindən sonra alman probleminin həllini ehtiva edən tarixi sənəd kimi qiymətləndirilir. “Almaniya və Avropanın bütün sahələrdə çəkindirmə və müdafiə qabiliyyətinə malik olması zərurəti” nə diqqət çəkən Xristian Sosialistlər İttifaqının (XSİ) deputatı Aleksandr Hoffmann isə bildirib ki, müzakirələrdə “tabu qoyulan mövzular olmamalıdır”. Kil Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun keçmiş direktoru Yohannes Krauze Avropanın özünün “nüvə qalxanı”nı yaratması barədə ideyanı nəzərdən keçirməsi təklifi ilə razılaşsa da, lakin tam muxtar nüvə qüvvələrinin yaradılmasını qeyri-real sayır. - Əgər Böyük Britaniya və Fransa öz arsenallarını kəmiyyət və keyfiyyətcə genişləndirməklə Avropada nüvə silahının qarşısını almaq üçün ABŞ-nin məsuliyyətinin bir hissəsini öz üzərinə götürsələr, Almaniya nüvə silahından birgə istifadəyə dair qərarların qəbulunda iştirak müqabilində bu proqramları maliyyələşdirə bilər. Belə həll daha effektiv olardı”, - Yohannes Krauze vurğulayıb. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
12
azvision.az

10Mənbələr