AZ

Zirə ikinci yoxlama oyununda məğlub olub

sport24.az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Aleksandriya" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:2. "Zirə"nin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski və 54-cü dəqiqədə Ceyhun Nuriyev vurublar.

"Qartallar" bu gün Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın "Bohemians 1905" kollektivləri ilə də oynayacaq.

Qeyd edək ki, Bakı klubu ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
2
sport24.az

3Mənbələr