AZ

“Ermənistan heç vaxt İrana qarşı addımlar atmayacaq” – Simonyan

Ermənistan heç vaxt İrana qarşı heç bir addım atmayıb və atmayacaq da.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Ermənistan İrana qarşı proseslərə cəlb edilməyəcək”, – deyə Simonyan İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin Ermənistanın İrana düşmən qüvvələrin mərkəzinə çevrildiyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, o Tehranın “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı narahatlığını əsassız hesab edir. “TRIPP, İran da daxil olmaqla, regionun bütün ölkələri üçün böyük iqtisadi imkanlar yaradacaq”, – parlament sədri deyib.

Seçilən
83
3
7times.az

4Mənbələr