ain.az, Fanat portalına istinadən məlumat yayır.
Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Ukrayna “Aleksandriya”sı ilə qarşılaşıb.
Saat 13:00-da başlayan qarşılaşma rəqibin 3:2 hesablı qalibiyyəti ilə nəticələnib. Hesabı 29-cu dəqiqədə Yeqor Boqomolski açsa da, tərəflər fasiləyə bərabərliklə yollanıblar. 54-cü dəqiqədə Ceyhun Nuriyev komandasını yenidən hesabda önə çıxarıb. Ancaq sonradan 2 qol buraxan “Zirə”matçdan məğlub ayrılıb.
Paytaxt klubu günün ikinci yarısında daha bir görüş keçirəcək. "Qartallar" Çexiyanın "Bohemians 1905" kollektivləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Zirə" Türkiyədəki ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.