Aktual.az xəbər verir ki, Qəzənfər Abbasov Oxu.az-a açıqlamasında səhhəti ilə bağlı İrana getdiyini bildirib.
"Məni aeroportda bir saat və saatyarım saxladılar. Sonra İran Prezidenti Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar. Mənim bu qədər vaxt ərzində aeroportda qalmağım və gözləməyim çox güman ki, xanəndə olmağım və tanınmağımla bağlıdır. Yəni, başqa heç bir səbəb yoxdur. İnsanlar məsələni şişirtməyi sevirlər", - o deyib.