AZ

2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Bakı.Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıqvə digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını(kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçünkvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nildirilib ki, balıq və digər su bioresurslarının sənaye vəəmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakışəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan vəya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəfəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publikhüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayanşəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciətetməlidirlər.

Quba “ASAN xidmət” mərkəzi

– Xaçmaz, Şabran, Siyəzən

Salyan “ASAN xidmət” mərkəzi

– Neftçala, Salyan, Biləsuvar, Şirvan

Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

Lənkəran “ASAN xidmət” mərkəzi

– Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəviformaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununauyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş)manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan RespublikasıQanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər subioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat,nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər subioresurslarının ovu ödənişlidir. Balıq və digər subioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçitərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə KəndTəsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və AkvakulturaMərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəəməqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovunagörə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi vəfiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri

Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün

Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1

Кilkə

44,50

89,00

2

Siyənək

111,25

222,50

3

Кеfal

89,00

178,00

4

Çapaq

89,00

178,00

5

Кülmə

89,00

178,00

6

Çəki

178,00

267,00

7

Хəşəm

222,50

445,00

8

Sıf

178,00

356,00

9

Кütüm

222,50

445,00

10

Şamayı

222,50

445,00

11

Qarasol

89,00

-----

12

Хərçəngkimilər

222,50

445,00

13

Digər balıq növləri

89,00

178,00

Seçilən
100
32
az.trend.az

10Mənbələr