AZ

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimov yenidən həbs olunub.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, həbs qərarı bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. 

Məhkəmə hökmünü icra etmədiyinə, mülki iddia üzrə ödənişdən qəsdən yayındığına görə Elnur İbrahimov məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, E.İbrahimovun adı cəmiyyətdə "Səkkiz milyonluq dələduzluq işi" kimi tanınan qalmaqallı cinayətdə hallanırdı. Külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimov eyni zamanda sabiq səfir Elmira Axundovaya yaxınlığı ilə tanınır.


Bizim.Media

Seçilən
106
4
bizim.media

5Mənbələr