AZ

20 Yanvar – Bakı tarixinə qanla yazılan gün və Zəfərə aparan yolun başlanğıcı (FOTO)

Bakı. Trend:

Azərbaycanın Fransadakı Səfirliyi və Azərbaycanın DostlarıAssosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə 20 Yanvar faciəsişəhidlərinin xatirəsi ehtiramla anılıb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlıhadisələrdən danışıb. Diplomat bildirib ki, 20 Yanvar 1990-cı ilAzərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi, milliyaddaşımıza həkk olunmuş faciəvi və eyni zamanda qəhrəmanlıq dolugündür. Həmin gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsindədinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədildi, onlarlagünahsız insan həlak oldu, yüzlərlə şəxs yaralandı.

Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsinisındıra bilmədi. Əksinə, bu faciə milli birliyi gücləndirdi,müstəqillik ideyasını daha da möhkəmləndirdi. Tankların vəsilahların qarşısına əliyalın çıxan insanlar azadlıq uğrundacanlarını fəda edərək tarix yazdılar və gələcək müstəqil dövlətintəməlini qoydular.

Səfir L. Abdullayeva vurğulayıb ki, 20 Yanvar faciəsi yalnızmatəm günü deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinə aparanyolun başlanğıcıdır. Məhz bu yol 2020-ci ildə Azərbaycanın ərazibütövlüyünün bərpa olunması ilə tarixi Zəfərə gətirib çıxardı. 44günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakıtorpaqları azad etdi və xalqın 30 illik ədalət, suverenlik arzusugerçəkləşdi.

Diplomat qeyd edib ki, 2020-ci ildə Azərbaycanın ərazibütövlüyünün bərpa edilməsindən sonra bölgədə yeni reallıqlarformalaşıb və sülh gündəliyi ön plana çıxıb. Hazırda Azərbaycan vəqonşu Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindədanışıqlar gedir. Mövcud siyasi iradə və diplomatik təmaslarfonunda sülh müqaviləsinin bu il imzalanacağına ümid edilir. Buaddım Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçünmühüm mərhələ ola bilər.

“Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövləti 20 Yanvarşəhidlərinin və Vətən uğrunda canını fəda etmiş bütün qəhrəmanlarınxatirəsi üzərində ucalır. Onların fədakarlığı heç vaxtunudulmayacaq, Azərbaycan tarixi boyunca azadlıq və qürur simvoluolaraq yaşayacaq”,-deyə diplomat bildirib.

Sonra Azərbaycanın Dostları Assosiasiyasının (ADA) yeniprezidenti Jerom Begən çıxış edib. O, ADA və onun fəaliyyətihaqqında məlumat verərək, Azərbaycan mədəniyyətinin təşviqinin vəüzvlərin sayının artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbirdən əvvəl Səfirliyin Mədəniyyət MərkəzindəADA-nın illik iclası keçirilib. ADA-nın prezidenti, Fransa MilliAssambleyasının sabiq üzvü Jerom Lamber və baş katibi MirvariFətəliyeva illik hesabatı və cari il üçün nəzərdə tutulmuş proqramvə layihələri təqdim ediblər. İclasda Assosiasiyasının idarəheyətinin 16 üzvündən Jerom Begən ADA-nın prezidenti vəzifəsinəseçilib. Həmçinin, ADA-nın 3 il müddətinə yeni vitse prezidentlərivə baş katibi seçilib.

Tədbirin sonunda Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdarartist, Prezident mükafatçısı, Tərəqqi medalı laureatı, BeynəlxalqMüsabiqələr qalibi, dosent, tarzən Sahib Paşazadə, AzərbaycanDövlət Uşaq Filarmoniyasının direktoru, beynəlxalq müsabiqələrlaureatı, pianoçu Səidə Tağızadə və beynəlxalq müsabiqələrlaureatı, Parma Arrigo Boito konservatoriyasının məzunu Sonaİsgəndərli (soprano) Azərbaycan və Avropa bəstəkarlarınınmusiqilərini səsləndiriblər.

20
20
20
20
20
20
20
20
20
20
Məqalədə:
Seçilən
135
3
az.trend.az

4Mənbələr