AZ

İranda gərginlik və nüvə təhlükəsi:Azərbaycan üçün risk varmı?

Hazırda İranda müşahidə olunan gərgin vəziyyət regionda ciddi narahatlıqlar doğurur. Xüsusilə də ABŞ-nin hücumu baş tutarsa, ölkə ərazisində yerləşən nüvə obyektlərinin hədəfə alınacağı ehtimalları müzakirə olunur.

Belə bir hal baş verərsə, nüvə obyektlərinə mümkün hücum zamanı yayıla biləcək radiasiya Azərbaycanın ərazisinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirdi ki, elə bir şey olsa, təbii ki, Azərbaycana da təsiri olacaq:

"Məşhur bir deyim var: qonşun yanırsa, onun odu sənə də sıçraya bilər. Təbii ki, indi dünya elə bir vəziyyətdədir ki, çox çətin bir dövrdən keçir. 1986-cı ildə bilirsiniz ki, Çernobılda baş verən qəzanın nəticələri uzun müddət qonşu ölkələrdə hiss olundu və bu, təbii ki, indi də az da olsa hiss oluna bilər. Amma hesab etmirəm ki, elə bir çətin, gərgin proses yaşansın. Bütün hallarda isə bu cür məsələlərin baş verməməsi daha yaxşı olardı. Ümumiyyətlə, dünya nüvəsizləşsə, daha yaxşı olar. Nüvə silahı nə qədər çox ölkədə olarsa, bir o qədər də dünya üçün təhdid deməkdir. Bu silaha malik olan ölkələrdə də onun tədricən azaldılması lazımdır. Bu, bir arzudur, amma reallıqlar dünya ölkələri tərəfindən tamamilə başqadır".

Nuriyyə NATİQQIZI

Seçilən
112
1
redaktor.az

2Mənbələr