Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.