AZ

Sosial şəbəkələrdə əxlaqı KİM QORUYACAQ?

Bəs qanunun icrasına nəzarət necə olacaq?  Mövzu ilə bağlı fəlsəfə doktoru, siyasətçi Etibar Əliyev Ajans.az-a açıqlama verib.  O bildirib ki, bu qanunun ölkəmizdə qəbul  edilməsi təqdirəlayiq addımdır. Belə bir qanunun qəbulu mütləqdir. Sosial şəbəkələrə nəzarət intensivləşdirilməlidir. Xalq olaraq da, sosial platforma  mühitinin mədəni məkana çevrilməsi vacibdir. Lakin bəzi şəxslər və trolları bundan məqsədli şəkildə sui istifadə edirlər.  İstənilən hər hansı bir fikrə qarşı təhqir, söyüşlə cavab verilir. Həmin qeyri-etik şərhlərdən hiss edilir ki, onların çoxu hansısa qrup və ya insanlar tərəfindən idarə edilir.  Siyasətçi qeyd edib ki, qanunun tətbiqinin icrasına ilk Milli Məclis nəzarət etməlidir. Prezident İlham Əliyev çıxışında demişdi ki, Milli Məclis gərəkli qanunlar qəbul edir. Amma onların icrasına da nəzarət etməlidir.  İkinci növbədə, bu sahə üçün hüquq-mühafizə orqanlarının işi  önəmlidir. Öz fikirlərini söyüş, təhqir ilə ifadə edən, düşüncələrini guya düzgün bilib, insanların şəxsiyyət və ləyaqətinə xələl gətirən şəxslərə qarşı cinayət işləri açılmalıdır.  Etibar Əliyevin sözlərinə görə, sosial şəbəkə fenomenləri maarifçilik missiyalarını daşımalıdır. Buradakı kontentlər insanların savadlanmasına, daha çox öyrənməsinə xidmət etməlidir. Həmçinin, insanlar arasında virtual fikir mübadiləsi güclənməlidir. 

Cəmiyyət qanunlara uyğun davransa, qısa zaman kəsiyində bu problem həll edilə bilər. Ən lazımlısı isə, virtual mühitdə insanları əxlaqdan uzaq davranışlara səsləyən hər bir şəxsin cəzalandırılmasıdır. Təəssüf ki, hazırda bu tip paylaşımlar sosial mühitdə artmaqda davam edir. Bu haldan ən çox əziyyət çəkənlər isə yeniyetmə və gənclərdir.

Seçilən
30
Ajans.az

1Mənbələr