AZ

Tanışını iti döyüşdə uduzduğu üçün güllələyib Yevlaxdakı insidentin təfərrüatı

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Yevlaxın İsmayılabad kəndində baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov tanışı Qoşqar Novruzovu “Vinçester” markalı silahdan atəş açaraq yaralayıb.

Belə ki, 39 yaşlı Zaur Səmədov İsmayılabad kəndi ərazisinə it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin 46 yaşlı sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Zaur Səmədov polis tərəfindən saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
138
2
qafqazinfo.az

3Mənbələr