AZ

“Əmək funksiyalarının məsafədən yerinə yetirilməsi, iqtisadiyyata, insanların şəxsi büdcələrinə müsbət təsirləri çox olacaq”

“Əmək funksiyalarının məsafədən yerinə yetirilməsi, iqtisadiyyata, insanların şəxsi büdcələrinə müsbət təsirləri çox olacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. Onun sözlərinə görə, distant iş vətəndaşların həm nəqliyyat, geyim, nahar xərclərinə qənaət etmək imkanı verəcək: “Digər tərəfdən şəhərdə tıxacların azalmasına və nəqliyyatdan istifadənin sayının azalmasına müsbət təsir göstərəcək. Müəyyən qurumlarda işin təşkilində xərclənən vəsaitlərin azalmasına və iş fəaliyyətlərinin daha optimallaşdırılmasına dəstək olacaq. Əlbəttə, gələcəkdə insanların gəlirlərinin yüksəlməsinə də müsbət təsir göstərəcək. Təbii, bunun hələ mexanizmləri daha ciddi işlənilməlidir. Əmək şəraitinin formalaşması, vəzifə hüquqlarının icrası ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Buna dair beynəlxalq təcrübə də var. Tətbiq etmək mümkündür. Hesab edirəm, bu gün qurumların çoxunda bəzi strukturlar tam distant işlə fəaliyyətə keçə bilərlər, əmək fuksiyalarının yerinə yetirilməsində heç bir çətinlik yaranmayacaq. Çünki bu gün rəqəmsallaşmış iqtisadiyyat və idarəetmə əmək funksiyalarını məsafədən, internet üzərindən idarə etməyə imkanlar yaradır. Gələcəkdə həm müəssisələrin, həm də əməkdaşların büdcəsinə müsbət təsir göstərəcək”.

 

 Qeyd: Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

 

Şəhanə Quliyeva

Tarix: 16 Yanvar 2026, 19:18   
Seçilən
138
1
pravda.az

10Mənbələr