Bakı. Trend:
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərləbağlı qaydalarda dəyişiklik edilib.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlıtəminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əməkmünasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailəüzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı,məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraqtəqdim olunacaq.