AZ

Kadırovun oğlu qəzaya düşdü - Reanimasiyadadır

Ajans.az xəbər verir ki, o, reanimasiyaya aparılıb və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Onun vəziyyətinin ağır olduğu iddia olunur. Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir. Qəzanın ardından Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu deyilir.

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar, eləcə də Ramzan Kadırov tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumatların qeyri-rəsmi mənbələrə söykəndiyi vurğulanır.

Seçilən
121
47
Ajans.az

10Mənbələr