AZ

Bu sahə üzrə müəllim çatışmazlığı var AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda idman sənayesində müəllim kimi fəaliyyət göstərən kadrların az olmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bu sahə uzun illər klassik bədən tərbiyəsi yanaşması ilə məhdudlaşıb və idman sənayesi, idman menecmenti, fitnes elmi, idman marketinqi kimi müasir istiqamətlər kifayət qədər inkişaf etməyib”.Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov bildirib.O deyib ki, digər mühüm səbəb ixtisaslı mütəxəssislərin müəllimlik fəaliyyətinə maraq göstərməməsidir:“Çünki idman sənayesində praktik işləmək maddi baxımdan daha cəlbedicidir. Akademik mühitdə maaşlar və inkişaf imkanları isə nisbətən zəifdir. Bu sahədə dərs deyə biləcək kadrların bir qismi xaricdə təhsil alır, lakin ölkəyə qayıtdıqdan sonra elmi-pedaqoji fəaliyyət üçün şərait tapmır. Tədris proqramlarının köhnə olması da gənc mütəxəssisləri universitetlərdən uzaqlaşdırır. Həll yolu kimi ilk növbədə idman sənayesi üzrə ayrıca ixtisasların və magistr proqramlarının yaradılması vacibdir. Müəllimlər üçün maaş və elmi fəaliyyət stimulları artırılmalıdır. Xaricdə təhsil almış mütəxəssislərin universitetlərə cəlb edilməsi üçün xüsusi proqramlar tətbiq olunmalıdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
122
demokrat.az

1Mənbələr