Rusiya Arktika bölgəsində Moskvanın maraqları nəzərə alınmadan həyata keçiriləcək cəhdlərə cavab verəcək. Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Arktika bölgəsindəki gərginlik genişmiqyaslı nəticələrə səbəb ola bilər. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planlarına reaksiya verən Zaxarova vəziyyəti yaxından izlədiklərini bildirib. Onun sözlərinə görə bölgə ilə bağlı hər hansı mübahisə beynəlxalq hüquqa uyğun olaraq və region xalqlarının maraqları nəzərə alınmaqla danışıqlar yolu ilə həll edilməlidir. Zaxarova bildirib ki, Rusiya və Çinin Qrenlandiya ilə bağlı hər hansı planının olduğuna dair heç bir dəlil yoxdur.