“İrandakı iğtişaşlarda iştirak edənlər qətl və yanğın törətməyə görə pul alıblar”.
“Cebheinfo.az” xəbər verir ki, bu iddianı İranın müdafiə naziri Əziz Nəsirzadə səsləndirib.
O idia edib ki, hətta İranda təxribat aktları üçün qiymətlər müəyyən edilib:
“Qətl - 500 milyon tümən,
Avtomobilin yandırılması - 200 milyon tümən,
Polis bölməsinin yandırılması - 80 milyon tümən,
Vandalizm aktı törətmək - 15 milyon tümən”
Hesablamalar zamanı dolların təxminən 1,4 milyon rial dəyərində olması nəzərə alınıb.
İrandakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, ölənlərin çoxu güllələnib. Hakimiyyət orqanları etirazları İsrail və ABŞ ilə 12 günlük müharibənin davamı hesab edir. Tehran bütün təxribat hallarını araşdıracaq.