Vaşinqton, 17 yanvar, AZƏRTAC
“Kanadanın Baş naziri Mark Karni Çinlə ticarət müqaviləsi bağlamalıdır”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Kanada və Çinin iki ölkə arasında ticarət müqaviləsi elan etməsinə dair suala cavabında deyib.
“Bu normaldır. O, bunu etməlidir. Yəni, ticarət müqaviləsinin imzalaması yaxşı haldır. Əgər Çinlə razılaşma əldə edə bilirsinizsə, bunu etməlisiniz”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Kanada və Çin cümə günü elektrikli nəqliyyat vasitələri və kanola bitkisinin tariflərini azaldan ilkin ticarət müqaviləsi imzalayıblar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton