AZ

“Qarabağ” oyunu öncəsi “Ayntraxt”da zəlzələ: baş məşqçi qovula bilər

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasınınn əsas mərhələsində "Qarabağ"la üz-üzə gələcək Almaniyanın "Ayntraxt" klubu baş məşqçisi Dino Toppmöllerlə yollarını ayıra bilər. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, buna komandanın Bundesliqada qeyri-satib çıxışı səbəb olub.Ötən gün "Verder"lə heç-heçə (3:3) bitən oyun mütəxəssisin vəziyyəti daha da gərginləşdirib."Ayntraxt" 128 saniyə ərzində qapısında iki top görərik qələbəni əldən verib.Qarşılaşmadan sonra idman direktoru Markus Kröşenin açıqlamaları çox mətləbdən xəbər verir:"Biz bu cür davam edə bilmərik".Funksioner "Toppmöller çərşənbə günü Çempionlar Liqasında "Qarabağ"a qarşı oyunda texniki zonada olacaqmı?" sualına isə belə cavab verib: "Bunu indi müzakirə edəcəyik. Belə oyun nümayiş etdirməyə bir daha haqqımız yoxdur."Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
sport24.az

1Mənbələr