AZ

“Bu qiymətlərə qızıl almaram” - Məşhur investor qızıl ilə bağlı açıqlama

"Mobius Emerging Opportunities Fund"un Baş icraçı direktoru Mark Mobius Bloomberg TV-yə verdiyi müsahibədə Çin fond bazarındakı yüksəlişin Çinin texnologiya sektorundakı addımları sayəsində davamlı görün­düyünü söyləyib.

Marja.az xəbər verir ki, Mobius qızıl barədə “Bu səviyyələrdə (qiymətlərə - red) qızıl almaram” deyib və əlavə edib: “Bəlkə indi­ki səviyyəsindən təxminən 20 faiz aşağı səviyyədə ala bilərəm, amma bu mərhələdə qızılın ardınca getmərəm”.

Mobius Çin fond bazarının investorlar üçün ölkənin texnologiya sektorunda etdiklərinin çox həyəcanverici olacağını vurğulayıb və qeyd edib ki, Çinin indiki hədəfi yüksək səviyyəli çiplərdə və hər cür süni intellektdə ABŞ-ı texnologiya baxımından geridə qoymaqdır: “Buna görə də pul bu istiqamətə gedir, istehlakçılara yox”.

Məşhur investor sözlərinə portfelinin təxminən 20 faizini nağd pul kimi saxladığını da əlavə edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Mark Mobius Mobius Emerging Opportunities Fund Baş icraçı direktor Bloomberg TV müsahibə Çin fond bazarı yüksəliş texnologiya sektoru davamlı artım qızıl qızıl alımı qızıl qiyməti 20 faiz aşağı investisiya strategiyası investor süni intellekt AI yüksək səviyyəli çiplər ABŞ-Çin rəqabəti texnoloji üstünlük pul axını istehlakçı nağd pul portfel portfel payı nağd vəsait bazar proqnozu investisiya trendləri Asiya bazarları Çin investisiya qlobal investor maliyyə bazarı sərmayə risk idarəetməsi bazar perspektivi kapital bazarı fond bazarı səhmlər investisiya fürsətləri qızıl investisiyası qiymətləndirmə iqtisadi xəbər Marja.az
Seçilən
25
2
marja.az

3Mənbələr