AZ

Suriya böhranı: Hələbdə kritik irəliləyiş

Suriyada Müdafiə Nazirliyi PKK/YPG terror təşkilatı kimi tanınan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) Hələbin şərqindəki Deyr-Hafir şəhərindən çəkilmə qərarını məmnuniyyətlə qarşıladığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, SDQ-nin Hələbin şərq kəndlərindən Fərat çayının şərqinə çəkiləcəyini açıqlamasından sonra Suriya Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlik SDQ-nin Fərat çayının qərbindəki təmas xətlərindən çəkilmə qərarını müsbət qarşıladıqlarını qeyd edib:

"Nazirlik bütün texnika və şəxsi heyət daxil olmaqla, bu geriçəkilmənin Fəratın şərq sahilinə qədər tamamlanmasını yaxından izləyəcəyini təsdiqləyir. Bu proses Suriya ordusu bölmələrinin həmin bölgələrdə yerləşdirilməsi ilə eyni vaxtda baş verəcək.

Bu isə ərazinin təhlükəsizliyinin təmin edilməsinə, dövlət suverenliyinin qurulmasına, sakinlərin evlərinə və kəndlərinə təhlükəsiz və sürətli şəkildə qayıtmasına, habelə dövlət qurumlarının fəaliyyətinin bərpasına yol açacaq".

SDQ Hələbin şərqindəki Deyr Hafir şəhərindən səhər saat 07:00-dan etibarən çəkilməyə başlayıb. Bundan sonra Suriya ordusu və onunla birlikdə hərəkət edən qüvvələr şəhərə daxil olub.

“SANA” agentliyinə verdiyi açıqlamada Hələbin şərq kəndlərində daha əvvəl hərbi zona elan edilmiş ərazilərə mülki şəxslərin girməməsi barədə çağırış edilib.

Məlumatda mina və partlamamış sursatların təmizlənməsi başa çatana qədər təhlükəsizlik əməliyyatlarının davam edəcəyi vurğulanıb. 

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr