AZ

Ekspertdən xəbərdarlıq: “Dələduzların hədəfi birbaşa bank kartlarınızdır”

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bir müddətdir "mygov" platforması adından saxta elanlar yayılır və bu elanlar vətəndaşları "1500 manat sosial yardım" kimi yalan vədlərlə aldatmağa çalışır. Texniki olaraq bu proses, rəsmi dövlət portalının dizaynını kopyalayan saxta veb-səhifələr vasitəsilə həyata keçirilir. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, dələduzların əsas məqsədi sizin fərdi məlumatlarınızı, xüsusən də bank kartı rekvizitlərinizi və giriş şifrələrinizi ələ keçirməkdir. Mütəxəssis qeyd edib ki, rəsmi dövlət xidmətləri heç vaxt sosial şəbəkə elanları vasitəsilə kart məlumatlarınızı və ya təsdiq kodlarınızı tələb etmir:

"Vətəndaşlar bu cür kiber-təhlükələrdən qorunmaq üçün daxil olduqları saytın ünvan panelinə diqqət yetirməlidirlər; rəsmi ünvan yalnız my.gov.az olmalıdır. Şübhəli keçidlərə daxil olmaq və orada hər hansı anket doldurmaq sizin rəqəmsal təhlükəsizliyinizi birbaşa riskə atır. Əgər belə bir halla qarşılaşsanız, dərhal həmin səhifəni tərk etməli və yalnız rəsmi kanallardan gələn məlumatlara etibar etməlisiniz. Bu cür hallarla bağlı ətrafınızdakı, xüsusilə texnologiyadan az istifadə edən yaşlı insanları məlumatlandırmaq kollektiv təhlükəsizliyimiz üçün çox vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
150
sherg.az

1Mənbələr