AZ

Filippində tullantı poliqonunda baş verən uçqunda ölənlərin sayı 35 ə yüksəlib

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində tullantı poliqonunda baş verən uçqun nəticəsində həlak olanların sayı 27 nəfərdən 35-ə yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "ABS-CBN News" telekanalı bildirib.

Daha bir nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Xatırladaq ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb və onlar xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
1
baku.ws

2Mənbələr