"İmişli"dən ayrılan İbrahim Əliyevin yeni klubu məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan I Liqasında çıxış edən "Şəfa" futbol klubu onunla 5+1 illik müqavilə imzalayıb. Hücum xəttində çıxış edən futbolçu yeni komandasında 9 nömrəli forma altında mübarizə aparacaq.
Qeyd edək ki, İ.Əliyev yeni komandasının heyətində artıq qol hesabını da açıb. O, sabiq klubu "İmişli" ilə yoxlama oyununda fərqlənməyi bacarıb.
"Cebheinfo.az"