AZ

“İnter” “Udineze”ni məğlub etdi

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Udineze” və “İnter” üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Udine şəhərində yerləşən “Bluenerji” stadionunda keçirilən qarşılaşmanı baş hakim Marko Di Bello idarə edib. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu argentinalı hücumçu Lautaro Martines vurub. “İnter”in kapitanı 20-ci dəqiqədə fərqlənərək komandasına vacib üç xal qazandırıb.

Bu nəticədən sonra “İnter” 21 oyundan 49 xal toplayaraq turnir cədvəlinin lideri mövqeyini qoruyub. “Udineze” isə 21 turdan sonra 26 xalla 10-cu pillədə qərarlaşıb.

Növbəti turda “neradzurri” yanvarın 23-də “Piza” ilə qarşılaşacaq. “Udineze” isə yanvarın 26-da “Verona”nı qəbul edəcək.

Seçilən
98
90deqiqe.az

1Mənbələr