AZ

Türk futbolçu Azərbaycanda oynamaq istəyir

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamaq istəyir.

Sportal.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında 34 yaşlı hücumçu deyib.

O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib: "Kasımpaşa" klubu ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm".

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin "Ayntraxt", Türkiyənin "Qaziantepspor", İngiltərənin "Everton" və "Kristal Pelas" klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub.

O, son olaraq "Fənərbağça"nın şərəfini qoruyub.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
12
sportal.az

10Mənbələr