AZ

Seysmik zonalardakı yeni hərəkətlilik ciddi təhlükədən xəbər verir?VİDEO

Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur... Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözləniləndir...

Xezerxeber.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.

Seysmoloqun sözlərinə görə, sözügdən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub.

Qulam Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki - Oğuz, Quba-Şabran, Aran bölgəsində isə Hacıqabul istiqamətində  mövcuddur ki, həmin ərazilərdə də seysmik aktivliyin artması mümkündür.

Seysmoloq qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib.

Qulam Babayev qeyd edib ki, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
145
18
xezerxeber.az

10Mənbələr