İtaliya nəhəngi "Yuventus" hücum xəttini "Kristal Pelas"ın ulduzu Jan-Filip Mateta ilə gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Turin klubu zədəli Duşan Vlahoviçi əvəzləmək məqsədilə fransalı forvard üçün 35-40 milyon avro məbləğində təklif hazırlayıb.
Cari mövsümdə Premyer Liqada 8 qol vuran Matetanın özü də karyerasında növbəti addımı atmağa və daha böyük bir kluba keçməyə müsbət yanaşır.
"Pelas" rəhbərliyi isə komandanın əsas simasını itirməmək üçün təklifi hələlik dəyərləndirməkdədir.