AZ

Arsenal 18 yaşlı ulduzla güclənir

ain.az bildirir, Fanat portalına istinadən.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta mərkəz xəttini Serbiya futbolunun yeni "incisi" Vasilije Kostovla gücləndirməyi planlaşdırır.

Fanat.Az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "Srvena Zvezda"nın 17 yaşlı istedadı "Serbiya Pedrisi" ləqəbi ilə Avropa nəhənglərinin diqqətini çəkib.

Statistik göstəricilərə görə, Kostov cari mövsümdə Belqrad təmsilçisinin heyətində 23 rəsmi oyunda 6 qol və 5 assistlə yadda qalıb.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) onu son altı ayın nəticələrinə görə dünyanın 18 yaşa qədər ən yaxşı yarımmüdafiəçisi kimi qiymətləndirib.

Yay transfer pəncərəsində reallaşması gözlənilən bu keçid üçün "Arsenal"ın təxminən 17 milyon funt-sterlinq xərcləyəcəyi iddia olunur.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
fanat.az

2Mənbələr