Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" yoxlama oyununa çıxıb.
Publika.az xəbər verir ki, qərb kollektivi Polşa təmsilçisi "Poqon"la üz-üzə gəlib
Matç rəqibin 3:2 hesablı qələbəsi ilə bitib.
"Turan Tovuz"un qollarını Ayxan Hüseynov (26) və İbrahima Vaci (34) vurublar.