AZ

16 yaşında qətlə yetirilən yeniyetmənin anası danışdı – VİDEO

İstanbulun Güngören rayonunda “baxmaq” üstündə mübahisə etdikdən sonra 15 yaşlı bir oğlan tərəfindən bıçaqlanaraq öldürülən Kastamonudan olan 16 yaşlı Atlas Çağlayanın anası Gülhan Çağlayan dəhşətli hadisəni danışıb.

NOCOMMENT.az xəbər verir ki, Atlas Çağlayanın kədərli anası göz yaşları içində verdiyi açıqlamada:

“Atlasım üçün ədalət istəyirəm. Oğlum hər gün getdiyi qəhvəxananın qarşısında cinayətkarlar tərəfindən bıçaqlanıb. Səslərimizin eşidilməsini istəyirəm. Qatilin ömürlük həbsdə qalmasını istəyirəm” deyib.

Dəhşətli hadisədən sonra nəzarətə alınan 15 yaşlı E.C., polis bölməsindəki prosedurlardan sonra növbətçi məhkəmə tərəfindən həbs olunaraq Tekirdağdakı Karatepe Yetkinlik Yaşına Çatmayanlar və Gənclər Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

 

Seçilən
107
nocomment.az

1Mənbələr