AZ

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb

Stokholm, 18 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri bazar günü Brüsseldə fövqəladə iclasa çağırılıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadən xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın Danimarka, İsveç, Norveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı yeni bəyanatı səbəb olub.

Hazırda Aİ-yə rotasiya əsasında sədrlik edən Kiprin təmsilçisinin açıqlamasına görə, görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20.00) başlayacaq.

Xatırladaq ki, adı çəkilən ölkələrə qarşı 10 faiz həcmində rüsum tətbiq edilib. İyunun 1-dən etibarən bu göstərici 25 faizə yüksəldiləcək.

Seçilən
57
2
azertag.az

3Mənbələr