AZ

Mozambikdə daşqınlar səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilib

Bakı. Trend:

Mozambik hökuməti bütün ölkə üzrə daşqınlar səbəbindən ənyüksək, qırmızı təhlükə səviyyəsini elan edib.

Trend xəbər verirki, bu barədə Mozambik xəbər agentliyi AIM məlumat yayıb.

Dövlət İdarəetmə Naziri İnosensio İmpissa bildirib ki, qırmızıhəyəcan səviyyəsinin tətbiqi təbii fəlakətlərə sürətli reaksiyadamərkəzləşdirilmiş koordinasiyanı təmin etmək, resurslarınsəfərbərliyini gücləndirmək və mövcud çağırışlara uyğun tədbirlərisürətlə həyata keçirmək məqsədi daşıyır.

Xəbərə görə, uzun müddət davam edən yağışlar Maputo, Qaza,İnhambane və Manica əyalətlərinin geniş ərazilərini su altındaqoyub. Ötən ilin oktyabrından bəri 103 insan xilas edilməyib, 673mindən çox nəfər zərər görüb, təxminən 4 000 ev su altında qalıb və1 000-dən çox bina dağılıb.

Mozambik hökuməti zərər çəkmiş bölgələrdə fəlakətlərinnəticələrinin aradan qaldırılmasını əlaqələndirmək üçün nazirləribölgələrə göndərib.

Seçilən
176
1
az.trend.az

2Mənbələr