Bakı. Trend:
Aya insanlı missiya üçün nəzərdə tutulan "Orion" kosmik gəmisinidaşıyan "Space Launch System" (SLS) raketi Floridadakı buraxılışmeydançasına gətirilib.
Trend xəbər verirki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik TədqiqatlarAdministrasiyası (NASA) məlumat yayıb.
Agentliyin açıqlamasında deyilir: “Artemis II raketimizburaxılış meydançasındadır. SLS raketi və Orion kosmik gəmisiKennedi Kosmik Mərkəzində yerləşən Şaquli Yığım Binasındançıxarılaraq buraxılış meydançasına çatdırılıb”.
"NASA"nın əvvəlcədən bildirdiyinə görə, dörd astronavtı Ayətrafına göndərəcək Artemis II missiyasının buraxılış pəncərəsi 6fevralda açılacaq.
"NASA"nın administratoru Cared Ayzekman yanvarın 17-də keçirilənmətbuat konfransında dəqiq buraxılış tarixinin hələmüəyyənləşdirilmədiyini bildirib. Onun sözlərinə görə, buraxılışdanəvvəl bütün sınaqlar tamamlanmalıdır. Ayzekman heyətin və texnikimütəxəssislərin missiyaya yüksək səviyyədə hazır olduğunu davurğulayıb.