AZ

NBA çempionu avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçmiş basketbolçu və "Los-Anceles Leykers"in heyətində ikiqat NBA çempionu (2009 və 2010-cu illər) Lamar Odom Las-Veqasda avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb.

Oxu.Az bu barədə TMZ portalına istinadən xəbər verir.

Bildirilir ki, keçmiş basketbolçu sürət həddini aşmaqda və öz hərəkət zolağını tutmamaqda ittiham olunur.

Qeyd edək ki, NBA-dakı karyerası ərzində Odom "Leykers", "Los-Anceles Klippers", "Mayami Hit" və "Dallas Meyveriks" komandalarında çıxış edib.

2015-ci ildə narkotik maddə dozasının həddini aşması səbəbindən komaya düşən basketbolçu 12 insult və altı ürəktutması keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
156
oxu.az

1Mənbələr