Bakı. Trend:
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gəncvoleybolçular arasında seleksiya prosesini davam etdirir.
Trend AVF-yəistinadən xəbər verir ki, "Seçim günü" çərçivəsində növbətiseçimlər Sumqayıt şəhərində həyata keçirilib.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəriŞahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional VoleybolKlublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qızvoleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.
Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarətmilli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" yanvarın24-də Gəncədə keçiriləcək.