AZ

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirildi

Bakı. Trend:

Yanvarın 18-də Respublika fənn olimpiadalarının rayon (şəhər)mərhələsi ölkə üzrə uğurla təşkil olunub. Olimpiadada VIII–XIsiniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.

Elm və Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, rayon (şəhər) mərhələsiAzərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya,coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarındakeçirilib.

Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla,şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünməbacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticəgöstərən şagirdlər növbəti mərhələ – respublika mərhələsininyarımfinal turunda iştirak hüququ qazanacaqlar.

Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsədşagirdlərin fənlərə olan marağını gücləndirmək, istedadlışagirdləri aşkarlamaq və onların bilik səviyyəsiniqiymətləndirməkdir.

Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri 27 yanvartarixindən etibarən elan ediləcək.

Seçilən
185
20
az.trend.az

10Mənbələr