Gəncədə "Baku Bus"a məxsus sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.