Ajans.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfərin ləğvi Suriya tərəfinin qərarı ilə baş tutub. Planlara əsasən, Əhməd əl-Şaraan Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer, kansler Fridrix Merts, eləcə də Almaniyanın siyasi və işgüzar dairələrinin nümayəndələri ilə görüşməli idi. DW-nin məlumatına görə, danışıqların əsas mövzusu suriyalı qaçqınların vətənlərinə qayıdışı məsələsi olacaqdı. NTV isə səfərin ləğvinin Suriyada davam edən gərgin döyüşlərlə əlaqəli ola biləcəyini yazır.