AZ

Xalq artisti Eldar Quliyevin xatirəsi anıldı

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu il Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Xalq artisti, professor Eldar Quliyevin anadan olmasının 85 illiyi tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artistinin mənalı həyat və zəngin yaradıcılıq yolundan bəhs edən “Mən kinonu sevirəm” adlı material hazırlanıb.

Kulis.az xəbər verir ki, materialda Eldar Quliyevin gənclik illəri, “Azərbaycanfilm” kinostudiyasındakı geniş və çoxşaxəli fəaliyyəti, yaradıcılıq nümunələri, layiq görüldüyü mükafatlar haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda kinorejissorun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlərin beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etməsi, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanması qeyd edilir. Materialda “Babək”, “Nizami”, “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…”,“Sevinc buxtası”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” kimi filmlərdən görüntülər, Eldar Quliyevin müsahibələrindən fraqmentlər təqdim edilir.

“Mən kinonu sevirəm” adlı material kitabxananın rəsmi saytında yerləşdirilib.

“Niyə”lərlə dolu gözləri içimdə cavab axtarır... - Günün mahnısı

Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?

Duymursanmı bu öpüşdə nəsə var... - Məmməd Aslanın şeirləri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
5
kulis.az

6Mənbələr